İranın Çinə neft ixracına sanksiya zərbəsi
Real vaxt rejimində enerji logistikasını izləyən Vortexa şirkətinin verdiyi məlumata görə, İranın Çinə xam neft ixracı ABŞ sanksiyalarından mənfi təsirlənib.
Vortexa Ltd-nin verdiyi məlumata görə, İranın Çinə xam neft ixracı ABŞ-ın tankerlərə tətbiq etdiyi daha geniş sanksiyalarla pozulub.
Vortexa-nın Baş Bazar Analitiki Emma Li-nin qeydinə görə, oktyabr ayında bəzi daşınmalarda yaşanan çətinliklərdən sonra, noyabr ayında bəzi tədarüklərin reallaşmadığı ortaya çıxdı.
Vortexa-nın məlumatına görə, İranın irimiqyaslı xam neft daşıyıcılarından ən azı 191-i ABŞ-ın sanksiyalar siyahısındadır.
“ABŞ-ın son sanksiyaları İran gəmilərinin Şandun limanlarına səfərlərinin azalmasına səbəb oldu, çünki Çin alıcıları yüklərin sanksiyaya məruz qalmayan gəmilər tərəfindən çatdırılmasını getdikcə daha çox tələb edirlər”, - Li deyib.
Xam neft axınının pozulması nəticəsində bu yaxınlarda əlavə idxal kvotaları verilmiş bəzi müstəqil Çin neft emalı müəssisələri ayrılan vəsaitlərdən tam istifadə etməkdə çətinliklərlə üzləşirlər.