Azərbaycan iqtisadiyyatı 4 %-dən çox böyüyüb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 113 milyard 282,4 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,1 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
ENA.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,4 %, qeyri neft-qaz sektorunda isə 6,4 % artıb.
ÜDM istehsalının 37,1 %-i sənaye, 10 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 %-i nəqliyyat və anbar təsərrüfatı, 6,2 %-i tikinti, 6,1 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 %-i informasiya və rabitə sahələrinin, 19,2 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10 %-ni təşkil edib.
Hesabat dövründə əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 11 104 manat olub.