9 ayda qiymətli kağızlar bazarından nə qədər gəlir götürülüb?
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı idarə, müəssisə və təşkilatlar qiymətli kağızlar bazarından 698 milyon ABŞ dolları gəlir əldə edib.
Bunu Azərbaycan Mərkəzi Bankında keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.
Onun sözlərinə görə, bunun 207 milyon ABŞ dolları III rübün payına düşüb.