Sığorta

“Qala Həyat”ın rəhbərliyinə təyinatlar olub

“Qala Həyat” Sığorta Şirkəti ASC-nin İdarə Heyətinə və Audit Komitəsinə yeni üzvilər seçilib.

Məlumata görə, səhmdarların Ümumi Yığıncağının qərarı ilə Tural Həsənəliyev Eldar oğlu üzv seçilib.

O, sığorta şirkətində 2018-ci ildən bu tərəfə Maliyyə departamentinin direktoru vəzifəsində çalışırdı. Bundan öncə isə “PAŞA Sığoirta” ASC-də çalışıb.

Səhmdarların Ümumi Yığıncağının digər qərarına əsasən Aydın Rəhmanov Səməd oğlu Audit Komitəsinin üzvü seçilib.

Xatırladaq ki, “Qala Həyat Sığorta” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 13 041 600 manatdır. Şirkətin səhmlərinin 90 %-i “Təkrarsığorta” ASC-yə (“Qala Sığorta” ASC-nin 100 %-lik səhmdarı), 10%-i isə Kamal İbrahimova (Direktorlar Şurasının sədri) məxsusdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)