KİV: Bəşər Əsədin təyyarə qəzasında həlak olduğu ehtimal olunur
Suriyanı tərk etməyə hazırlaşan Bəşər Əsədin təyyarəsinin qəzaya uğraması və ya vurulması nəticəsində öldüyü bildirilir.
Bu barədə “Reuters” yerli mənbələrə istinadən məlumat yayıb.
“Flightradar24” saytının məlumatında isə bildirilib ki, onun təyyarəsi havaya qalxdıqdan bir qədər sonra radarlardan itib.
Bir sıra yerli mənbələrdə hava gəmisinin vurulması ehtimalına üstünlük verilib.
“Reuters” onu da bildirib ki, təyyarədə kimlərin olduğu hələlik tam dəqiqləşməyib.