Sığorta

Yeni sığorta brokeri yaradıldı

Məlumata görə, bu, “Ulduz Sığorta Brokeri” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Şirkət 3 dekabr 2024-cü il tarixində Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Bakı şəhəri Nəsimi rayonu, Səməd Vurğun, ev 83, World Business Center, m. 4/3 ünvanında qeydiyyata alınıb.

Şirkətin nizamnamə kapitalı 170 manat olmaqla ona rəhbərliyi Əli Əfsanə Vilayət oğlu edəcək. Şirkətin rəhbəri sığorta agenti kimi fəaliyyət göstərib.

Sığorta brokeri sığorta məsələləri, o cümlədən danışıqların aparılması, sığorta müqaviləsinin davam etdirilməsi və ya yenilənməsi, risklərin yerləşdirilməsi ilə əlaqədar vasitəçilik fəaliyyəti göstərən, sığorta müqavilələrinin bağlanmasına və sığorta tələbinə dair məsləhətlər verən fiziki, yaxud hüquqi şəxsdir.

Qeyd edək ki, bu fəaliyyət istiqaməti Azərbaycan Mərkəzi Bankının lisenziyası ilə mümkündür. Ölkədə 15 lisenziyalı sığorta brokeri var. Sonuncu dəfə Mərkəzi Bank 2022-ci ildə sığorta brokerinə lisenziya təqdim edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)