ABŞ Gürcüstana yeni sanksiyalar tətbiq etməyə hazırlaşır
ABŞ Gürcüstana Avropaya inteqrasiyanın dondurulması ilə bağlı keçirilən etiraz aksiyalarına görə yeni sanksiyalar tətbiq edə bilər.
Bu barədə ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken deyib.
Onun sözlərinə görə, artıq sanksiyaların tətbiqinə hazırlıq gedir:
"Birləşmiş Ştatlar indi əvvəllər elan etdiyimiz ikitərəfli əməkdaşlığın nəzərdən keçirilməsini davam etdirməklə yanaşı, əlavə sanksiyaların tətbiqi də daxil olmaqla, əlimizdə olan vasitələrdən istifadə etməyə hazırlaşır".