ABB nizamnamə kapitalını artıracaq - NƏYİN HESABINA?
Dekabrın 13-də ABB-nin Səhmdarlarının Ümumi Yığıncağı keçiriləcək. ENA.az xəbər verir ki, gündəlikdəki əsas məsələlərdən biri səhm buraxılışı nəticəsində cəlb olunmuş əlavə investisiyanın kapitala əlavə edilməsi və nizamnamə kapitalının artırılmasıdır.
“Belə bir dəyişiklik nəticəsində ABB-nin nizamnamə kapitalının strukturunda özəl investorların payı 7,8%-ə yüksələcək. Səhmlərin 92,2%-i isə yenə dövlət mülkiyyətində qalacaq” – Abbas İbrahimov qeyd edib.
Qeyd edək ki, 2024-cü il, üçüncü rübün nəticələrinə görə, ABB-nin nizamnamə kapitalı 1 milyard 225 milyon 647.82 min manatdır. Məcmu kapital isə 1 milyard 734 milyon 825.30 min manat təşkil edir. Bölüşdürülməmiş xalis mənfəəti 191 milyon 853.60 min manat, cari ilin mənfəəti 235 milyon 84.87 min manat olub.
ABB-nin səhmlərinin 92,2%-i dövlətə, 7,8-i isə özəl səhmdarlara məxsusdur.