BİZNES

“PAŞA Bank” və “PAŞA Kapital”ın rəhbərliyinə təyinat olub

Corc Haimari Cozef (Georges Haimari Joseph) “PAŞA Bank” ASC və “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin Müşahidə Şurasına üzv seçilib.

Məlumata əsasən, o bu vəzifənin icrasına 28 noyabr 2024-cü il tarixindən başlayıb.

Corc Haimari Dubayda fəaliyyətdə olan “Boubyan Bank Group”da fintex üzrə baş icraçı direktordur.

Xatırladaq ki, “PAŞA Bank” ASC 2007-ci ildə yaradılıb, 354.51 mln manat nizamnamə kapitalı var. Bank ölkədə aktivlərinə görə üçüncü ən iri bankdır. “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 2012-ci ildə yaradılıb və 300 min manat nizamnamə kapitalına sahibdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)