Agentlik sədrinə 7-ci müşavir TƏYİN EDİLDİ
![](https://ena.az/uploads/news/2024-12/_ena_aec9f6d11c8b95d09a1abfb53_o.jpg)
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədrinə yeni müşavir təyin edilib.
ENA.az-ın əldə etdiyi məlumata görə, sözügedən vəzifəyə Nahid Nəsirov gətirilib.
Nahid Nəsirov "İnnab” təlim mərkəzinin təsisçisidir.
Bununla da Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədrinin müşavirlərinin sayı 7-ə çatıb.
Xatırladaq ki, Agentliyin İdarə Heyətinin sədri Sadiq Əliyevdir. O, bu vəzifəyə may ayında gətirilib.