“Fitch Solutions” neftin qiymətinin gələn il 78 dollara enəcəyini proqnozlaşdırır
“Fitch Group”a aid olan “Fitch Solutions” (FS) şirkəti neftin qiyməti ilə bağlı proqnozunu azaldıb.
FS-nin neft və qaz komandası Brent xam neftinin qiyməti üzrə proqnozunu 2024-cü il üçün hər barel üzrə 85 ABŞ dollarından 81 ABŞ dollarına endirib. Şirkət həmçinin, gələn il üzrə proqnozunu 4 dollar azaldaraq 82 ABŞ dollarından 78 ABŞ dollarına endirib.