Gündəm

Çin şirkətləri ilk dəfə Aİ-nin sanksiyalar paketinə düşəcək

Çin şirkətləri ilk dəfə Avropa İttifaqının (Aİ) Rusiya əleyhinə sanksiyalar paketinin “qara siyahı”sına düşə bilər.

Bu barədə “EUobserver” portalı məlumat yayıb.

Sənəd layihəsinə əsasən, bir sahibkar və altı şirkət “qara siyahı”ya düşəcək.

Əvvəllər Çin şirkətləri və ya fiziki şəxsləri yalnız Aİ-nin “boz siyahı”sına (əlavə nəzarət tələb edən) daxil edilirdi.

Qeyd edək ki, Aİ hələ 15-ci sanksiya paketini qəbul etməyib. Onun müzakirəsi noyabrın 27-də başlayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)