Malayziya şirkəti Azərbaycanda iki şirkət yaratdı
Malayziya şirkəti “Citaglobal” Azərbaycanda iki törəmə şirkət təsis edib.
Məlumata görə, “TİZA Global Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti və “TİZA Green Energy” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Hər iki şirkət Bakı şəhəri Nəsimi Rayonu, Ak. Həsən Əliyev, ev 4/189, Falez Plaza, 6-cı mərtəbə-də qeydiyyata alınıblar. Şirkətlərin hər biri 100 manat nizamnamə kapitalı ilə təsis edilib.
“TİZA Global Azərbaycan” MMC-nin direktoru Şərəf Əsgərova Bəxtiyar qızı və “TİZA Green Energy”nin isə Mohamad Norza Bin Zakariadır.
Qeyd edək ki,COP29 sammiti çərçivəsində Bakə Limanı ilə “Citaglobal” şirkətinin törəməsi olan “Tiza Green Energy” ilə 5,4 MVt gücündə günəş enerjisi ilə işləyən fotovoltaik (PV) qurğusunun inşası üçün çərçivə müqaviləsi imzalayıb.
Bakı Limanında 5,4 MVt gücündə günəş fotovoltaik qurğusunun istifadəyə verilməsi Azərbaycanın təmiz enerjiyə keçid kimi qiymətləndirilir.
“Tiza Green Energy”, “Citaglobal”-ın istehsalı olan BESS qurğusunu yerləşdirəcək və bu, limana istehsal olunan günəş enerjisinin bir qisminin liman ehtiyacları üçün istifadə etməyə, qalan hissəsinin isə BESS sistemində saxlanmasını və ehtiyac yarandığda daha sonra istifadə olunmasını mümkün edəcək. Bu, günəş enerjisi ilə inteqrasiya olunmuş Batareya Enerji Saxlama Sisteminin (BESS) ölkə ərazisində ilk tətbiqi olacaq.