Türkiyədə Rusiyanın “UnionPay” kart sisteminə xidmət dayandırılıb
Türkiyənin maliyyə qurumları Rusiyanın “Gazprombank” bankının “UnionPay” kart sisteminə xidməti dayandırıb.
TASS-ın məlumatına görə, həmin kartlarla bankomatdan pul çıxarmaq mümkün deyil.
Bildirilib ki, oxşar vəziyyət dövlət banklarının, eləcə də Türkiyədəki özəl maliyyə qurumlarının və xarici iştiraklı bankların bankomatlarında da müşahidə olunub. İnformasiyaya əsasən, xidmətdən imtina həm “Gazprombank”ın korporativ kartlarına, həm də “UnionPay” sistemi ilə fərdi kartlara da aiddir.
Məlumata görə, ABŞ-nin Maliyyə Nazirliyi bu il noyabrın 21-də fiziki və hüquqi şəxsin daxil olduğu yeni anti-Rusiya sanksiyalar paketini açıqlayıb. Əvvəllər sanksiyalara məruz qalmayan “Gazprombank”a da məhdudiyyətlər tətbiq edilib.
Daha sonra bank sanksiyaların onun işinə təsir etməyəcəyini açıqlayıb. Bütün bank kartları, o cümlədən xarici ödəniş sistemləri bütün Rusiya ərazisində mağazalarda, eləcə də bankomatlarda işləməyə davam edəcək.
Həmçinin, "UnionPay" kartlarının xaricdə fəaliyyətində çətinliklər aşkarladığı bildirilib və yaxın vaxtlarda alış-verişdə ödəniş etmək üçün nağd pul çıxarmaq tövsiyə olunur.
Qeyd edək ki, Macarıstan, Türkiyə, BƏƏ və Taylanddakı banklar da Qazprombank kartlarına xidmət göstərmir.
Qeyd edək ki, noyabrın 21-də ABŞ həm Rusiya, həm də Rusiyanın iştirakı ilə xarici 100 maliyyə təşkilatına qarşı sanksiyalar tətbiq edib. Onların ən böyüyü Qazprombank olub. Həmin gün o, xaricdəki müştərilərə UnionPay kartlarında yaranan çətinliklərlə əlaqədar alış-veriş üçün ödəniş etmək üçün nağd pul çıxarmağı tövsiyə edib. Ertəsi gün bank UnionPay kartını internet saytından qeydiyyatdan keçmək mümkün olanlar siyahısından çıxardıb.