İlon Mask: ABŞ sürətlə müflisləşir

Amerikalı milyarder və sahibkar İlon Mask hesab edir ki, ABŞ sürətlə müflisləşməyə doğru gedir.
O, bu barədə ABŞ-nin dövlət büdcəsi ilə bağlı problemlərin həllinin zəruriliyi barədə Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) bəyanatına cavab olaraq "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
DOGE-nin paylaşımında qeyd olunur ki, 2001-ci ildən bəri ABŞ büdcəsində profisit müşahidə olunmayıb. 2023-cü ildə ölkə hökumət 6,16 trilyon dollar xərcləyib, lakin yalnız 4,47 trilyon dollar əldə edib. Departamentdə ABŞ-nin dövlət büdcəsinin balanslaşdırılmasına çağırılıb.
“Amerika hazırda iflasa doğru gedir”, - İ.Mask bildirib.