Rəsmi

İlham Əliyev "AccessBank"ın yeni səhmdarının vitse-prezidentilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 20-də Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudak ilə görüşüb.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Avropa İnvestisiya Bankı və Asiya İnkişaf Bankı "AccessBank" QSC-nin yeni səhmdarlarıdır.

"Kapitallaşma prosesi bitdikdən sonra Azərbaycanın bank sektorunda elə bir maliyyə təşkilatı peyda olacaq ki, onun səhmdarları sırasına mövcud təsisçilərlə yanaşı, Avropa İnvestisiya Bankı, Asiya İnkişaf Bankı (hər ikisi AAA reytinqə malikdir) və beynəlxalq maliyyə bazarlarında nüfuzlu oyunçu olan digər investorlar daxil olacaq. Bu təşkilatların bir çoxu Azərbaycanın maliyyə sektoruna ilk dəfə olaraq kapital yatırımı edəcək. Bildiyim qədər, hətta bəzi investorlarımız AccessBank-ın səhmdarı olmaq üçün daxili nizamnaməsinə bəzi dəyişikliklər ediblər. Bu isə bir daha onu göstərir ki, investorlar ölkə iqtisadiyyatının müsbət inkişaf dinamikasına və AccessBank-ın biznes planına inanır. Belə çıxır ki, AccessBank nəinki Azərbaycanın bank sektorunda, həm də müəyyən mənada beynəlxalq səviyyədə tarix yazır", - "AccessBank"ın İdarə Heyətinin sədri Anar Həsənov ötən ilin Noyabr ayında bildirmişdi. Kapitallaşma prosesinin 2019-cu ilin Fevral ayında yekunlaşacağı gözlənilir.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)