Gələn il median pensiya 400 manatın üzərində olacaq
“Növbəti ildə median pensiyanı 400 manatın üzərində gözləyirik”.
Bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, burada rəqəm dəqiqdir: “2018-ci ildən median pensiyanı araşdırmağa başlamışıq. 2018-ci ildə median pensiya 167 manat idi”.