Gündəm

Tramp onlara da vəzifə verdi

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp seçkiöncəsi kampaniya zamanı kommunikasiya direktoru vəzifəsində çalışmış Stiven Çunqu Ağ Evin kommunikasiyalar üzrə direktoru təyin edib.

“Reuters” xəbər verir ki, bu barədə Trampın keçid komandasının yaydığı məlumatında deyilir.

Tramp həmçinin Prezidentin Kadrlar İdarəsinə də direktor təyin edib. O, bu vəzifəni Sergio Qora həvalə edib.

“Stiven Çunq və Sergio Qor 2016-cı ildəki ilk prezidentlik kampaniyamdan bəri etibarlı məsləhətçilər olublar və “Birinci - Amerika” prinsiplərinə sadiq qalıblar”, - Tramp açıqlamasında bildirib.

Stiven Çunq 2016-cı il kampaniyası zamanı Trampa dəstək olub, daha sonra Trampın ilk prezidentliyi dövründə 2018-ci ildə Ağ Evi tərk edərək 2020-ci il kampaniyasında yenidən onunla birlikdə işləməyə başlayıb.Çunq Trumpın son prezidentlik kampaniyasında kommunikasiyalar direktoru vəzifəsində çalışıb, kampaniya adından bir çox bəyanatlar verib.

Fotoda Stiven Çunq

Sergio Qor isə əvvəllər Trampın oğlunun nəşriyyat şirkəti olan “Winning Team Publishing”in baş direktoru və həmtəsisçisi olub. Şirkət Tramp və onun müttəfiqlərinin kitablarını nəşr edib. Qor eyni zamanda Trampı dəstəkləyən “Super PAC”, “Right For America” təşkilatlarını idarə edib.

Fotoda Sergio Qor 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)