Hadisə

Türkiyədə zəlzələ oldu. AFAD açıqladı

AFAD-ın saytında yer alan məlumata görə, saat 10.46-da episentri Doğanşehir olmaqla 4,9 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələnin 7 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.

Malatya valisi Seddar Yavuz, sosial media hesabından verdiyi açıqlamada, "Şəhərimizdə baş verən zəlzələdən zərər çəkən həmvətənlərimə keçmiş olsun deyirəm. İndiyə qədər heç bir mənfi xəbər yoxdur" yazıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)