ENA+

Dünyanın ən böyük yaxtasının qiyməti: 600 milyon funt sterlinq

“Valkyrie” dünyanın ən uzun yaxtası adına iddialıdır. Bu super yaxta iki futbol meydançasından və ya ard-arda düzülmüş 24 avtobusdan daha böyükdür. 

"BI" xəbər verir ki, layihənin ideya müəllifi Londondakı Palmer Johnson at Royal College of Art-da təhsil alan koreyalı Chulhun Parkdır. 36 yaşlı dizayner konsepsiyanı ortaya çıxarmaq üçün 8 ay çalışıb. 

O bildirib ki, hələlik eskiz formasında olan gəmi inşa edildikdə 229 metr uzunluğa malik olacaq. Bununla da, “Valkyrie” hazırda “ən böyük yaxta” adını daşıyan Ərəb əmiri Xəlifə Bin Zayed Al Nahyanın 180 metrlik “Azzam”-nın rekordunu təzələyəcək.

Üç göyərtəyə malik yaxtanın bir göyərtəsi tamamilə gəminin sahibinə məxsus olacaq. Onun içərisində alış-veriş mərkəzi, kino və teatr salonları, restoranlar, SPA və sənət qalereyası yer alacaq. Gəmi 52 qonaq qarşılaya biləcək. Ümumilikdə heyətlə birgə sərnişin götürmə qabiliyyəti 92 nəfərə çatacaq. 

“Valkyrie”-nin qiymətinin 600 milyon funt sterlinq olacağı bildirilir.

 

(c) Seanews

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)