Sığorta

Azərbaycan Mərkəzi Bankı "Meqa Həyat Sığorta"ya müddətsiz lisenziya verdi!

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarına əsasən, oktyabrın 31-də “Meqa Həyat Sığorta” ASC-yə həyat sığortası xidmətləri üzrə sığorta fəaliyyətinin aparılması üçün müddətsiz lisenziya verilib.

Qanunvericiliyə uyğun olaraq təqdim edilən müddətsiz lisenziyanın qeydiyyat nömrəsi SF -0006-dır.

Şirkət həyat sığortası üzrə fiziki və hüquqi şəxslərə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari həyat sığortası, kredit həyat sığortası, ipoteka həyat sığortası, həyatın yaşam sığortası, korporativ həyat sığortası və sağalmaz xəstəliklərdən sığorta xidmətlərini təklif edir.

Azərbaycanda həyat sığorta şirkətləri arasında ən dinamik inkişaf edən “Meqa Həyat Sığorta” 2019-cu ilin sentyabr ayında təsis edilib və 2021-ci ildə AMB-nin verdiyi həyat sığortası xidmətləri göstərməyə icazə verən lisenziya əsasında fəaliyyətə başlayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)