Mərkəzi Bank Türkiyənin sığorta brokerini reyestrinə daxil edib

Azərbaycan Mərkəzi Bankı (AMB) Türkiyənin "BMS Group Sigorta ve Reasürans Brokerliği" Anonim Şirkətini xarici sığortaçılar, təkrarsığortaçılar və sığorta brokerlərinin reyestrinə daxil edib.
ENA.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bununla da, Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən xarici brokerlərin sayı 93-ə çatıb.