Gündəm

Azərbaycan üçün “Təbiəti mühafizə planı” hazırlanır

Bu ilin yanvar-sentyabr aylarında Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq və Dərinsulu Günəşli” (AÇG) yataqlar blokunda gündəlik hasilat orta hesabla 339 min barel və ya ümumilikdə təxminən 93 milyon barel (13 milyon ton) olub.

Bu barədə blokun operatoru olan “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə bu ilin ilk üç rübü üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Bunun 23 min bareli “Çıraq”, 96 500 bareli “Mərkəzi Azəri”, 75 500 bareli “Qərbi Azəri”, 51 min bareli “Şərqi Azəri”, 57 400 bareli “Dərinsulu Günəşli”, 29 100 min bareli “Qərbi Çıraq” və 6 500 bareli “Mərkəzi-Şərqi Azəri” (ACE) platformalarından hasil edilib.

"Çıraq" platformasından gündə orta hesabla 23 min barel (bir il əvvəl 23 min barel), "Mərkəzi Azəri"dən 96,5 min barel (96 min barel), "Qərbi Azəri"dən 75,5 min barel (89 min barel), "Şərqi Azəri"dən 51 min barel (59 min barel), "Dərinsulu Günəşli"dən 57,4 min barel (67 min barel), "Qərbi Çıraq"dan 29,1 min barel (34 min barel), "Mərkəzi Şərqi Azəri"dən isə 6,5 min barel neft hasil edilib.

AÇG-dən hasilatın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə gündəlik 29 min barel və ya ümumilikdə təxminən 7 milyon barel (7 %) azalıb.

Üçüncü rübün sonuna AÇG-də ümumilikdə 147 neft hasilatı quyusu, 47 su injektoru quyusu və səkkiz qaz injektoru quyusu istismarda olub.

AÇG-də 11 neft hasilatı quyusu, su injektoru və şlamların yenidən laya vurulması üçün 1 quyu üzrə işlər tamamlanıb.

Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)