Mərkəzi Bank işçi axtarır - VAKANSİYA
Mütəxəssis
Son tarix 19 noy 2024
Struktur bölmənin adı:
- Maliyyə monitorinqi departamenti, Davamlı monitorinq şöbəsi
Son müraciət tarixi:
- 18.11.2024
Vəzifənin funksiyaları:
- Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TM/KMM) üzrə maliyyə institutlarına verilmiş məcburi göstərişlərin və öhdəlik götürülən tədbirlərin icrası vəziyyətinə nəzarəti həyata keçirir, nəticəsi üzrə müxtəlif hesabatlar hazırlayır;
- Maliyyə institutlarına və onların vəzifəli şəxslərinə qarşı təsir, təshih tədbirləri və sanksiyaların tətbiqi ilə bağlı təkliflər verir;
- Ölkənin ƏL/TM/KMM sisteminin milli və beynəlxalq səviyyələrdə qiymətləndirilməsi proseslərində, habelə müvafiq işçi qruplarında rəhbərliyin tapşırığı ilə iştirak edir;
- ƏL/TM/KMM üzrə nəzarət strategiyasının hazırlanmasında iştirak edir, Departament tərəfindən istifadə edilən informasiya sistemlərinin (proqram təminatlarının) təkmilləşdirilməsi, eləcə də yeni sistemlərin tətbiqi üzrə təkliflər verir və müvafiq texniki tapşırıqların hazırlanmasında iştirak edir;
- Departamentin əməliyyat, yoxlama planlarının və büdcə layihəsinin hazırlanmasında iştirak edir, təsdiq edilmiş planların icrasına nəzarət edir və planların icrasına dair məlumatı rəhbərliyə təqdim edir;
- Maliyyə institutları üzrə metodoloji bazanın hazırlanması və təkmilləşdirilməsi proseslərində iştirak edərək aidiyyəti üzrə rəy və təkliflər verir;
- Səlahiyyətlərinə aid məsələlərlə bağlı şöbəyə daxil olan müraciətlərə baxır, zəruri hallarda müraciətdə qeyd olunan məsələlərlə bağlı araşdırmaları aparır, sorğu və məktublara cavablar hazırlayır;
- Şöbənin vəzifələrinin icrası ilə əlaqədar səlahiyyətləri daxilində Mərkəzi Bankın struktur bölmələrinə sorğu verir və onlardan məlumatları (sənədləri) alır, zəruri məlumatların (sənədlərin) əldə edilməsi məqsədilə dövlət orqanlarına (qurumlarına) və maliyyə institutlarına sorğular hazırlayır;
- Şöbənin fəaliyyət istiqamətləri üzrə Mərkəzi Bankın aldığı texniki yardım layihələrində iştirak edir;
- Müvafiq qanunvericilikdə nəzərdə tutulmuş, habelə rəhbərliyin tapşırığına uyğun olaraq departamentin fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirir;
- ƏL/TM/KMM sahəsində keçirilən konfranslarda, seminarlarda, forumlarda, treninqlərdə və digər tədbirlərdə iştirak edir.
Texniki kompetensiyalar:
- ƏL/TM/KMM sahəsində qanunvericilik bilikləri
- Maliyyə sahəsində (bank, sığorta, qiymətli kağızlar, BOKT, valyuta mübadiləsi və s.) qanunvericilik bilikləri
- Risklərin qiymətləndirilməsi üzrə biliklər
- Təqdimat və yazı bacarıqları
Təcrübə:
- Maliyyə bazarları sahəsində ƏL/TMM, komplayens, maliyyə, audit, risklərin idarə edilməsi və daxili nəzarət istiqamətləri üzrə 1 illik iş təcrübəsi
Təhsil:
- Ali təhsil (iqtisadiyyat/maliyyə/biznesin idarə edilməsi)
- Davranış kompetensiyaları
- Detallara diqqət yetirmək
- Dürüstlük, obyektivlik
- İdarəetmə (təşkiletmə, prioritetləşdirmə, tapşırıqların bölgüsü, resursların ayırması)
- İnnovativlik və kreativlik
- Komandada işləmə
- Qərar qəbuletmə
- Sahə üzrə müasir trendləri mütəmadi izləmə
- Tənqidi düşünmə, araşdırma və təhlil etmə
- Təşəbbüskarlıq
- Ünsiyyətqurma
Dil bacarığı:
- Səlis azərbaycan, yaxşı səviyyədə ingilis dili bacarığı arzuolunandır
Kompüter bacarıqları:
- MS Office proqramları (xüsusilə MS Excel)
- İri həcmli məlumatların təhlili üzrə proqram təminatı (SQL, Python, və s.) ilə işləmə bacarığı olanlara üstünlük verilir
Sertifikatlar:
- ƏL/TMM, komplayens, audit, risklərin qiymətləndirilməsi, nəzarət, hüquq və ya analitik sahələrdə peşəkar sertifikatlar
MÜRACİƏT