SOCAR-ın törəmə şirkətinin direktoru dəyişdi

Dövlət Neft Şirkətinin yerli podratçısı “SOCAR-Dalğıc” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru dəyişdirilib.
Məlumata görə, Samir Əliyev Ağasəf oğlu şirkətin direktoru vəzifəsindən azad edilib.
Rüstəm Rəhmətulin Ramizoviç “SOCAR-Dalğıc” MMC-nin direktoru təyin edilib.
Xatırladaq ki, 2015-ci ildə yaradılan “SOCAR-Dalğıc” MMC ofşor enerji sənayesinə hava-dalğıc, heyətsiz sualtı aparatlar, mühəndislik, layihələndirmə və layihənin idarə olunması xidmətlərini təqdim edən yerli podratçıdır.