Haqq və komissiyalardan qazancın 81 faizi 5 bankın əlində cəmlənib - TOP-5
Azərbaycan bankları əsasən faiz gəlirlərindən, yəni kreditlərdən formalaşır. Lakin bəzi bankların komissiya və haqlardan əldə etdiyi qeyri-faiz gəlirləri mənfəətin formalaşmasında mühüm yer tutur.
ENA.az xəbər verir ki, komissiya və haqlardan ən çox qazanan TOP-5 bank bunlardır: Kapital Bank 442 milyon manat, ABB 228,2 milyon manat, PAŞA Bank 194,6 milyon manat, Unibank 85,0 milyon manat, Rabitəbank 41,2 milyon manat.
Ümumilikdə 22 bankın qeyri-faiz gəlirləri 1 milyard 222 milyon manat olub. Yuxarıda qeyd etdiyimiz TOP-5 bankın gəlirləri 991 milyon manat, ümumi qazancın 81 faizini təşkil edir. Qalan 17 bankın qeyri-faiz gəlirləri cəmi 231 milyon manat təşkil edib.
Bunun 295.6 milyon manatı hesabların aparılması üzrə xidmətlərdən komisyon gəliri, 193.1 milyon manatı məzənnə dəyişməsi daxil olmaqla, valyuta əməliyyatlarından xalis gəlirdir. 733 milyon manat isə digər qeyri-faiz gəlirlərindən formalaşıb. Müqayisə üçün 2022-ci ilin sonuna bu qazanc 1 milyard 216 milyon manat, 2023-cü ilin sonuna isə 1 milyard 368.2 milyon manat idi.