Bank

Mərkəzi Bank: Maliyyə sektorunda ən dinamik inkişaf BOKT-lərdə müşahidə edilir

Son illər Azərbaycanın maliyyə sektorunda ən ən sürətli inkişaf dinamikası bank olmayan kredit təşklatlarında (BOKT) müşahidə edilir.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov Bakıda keçirilən “Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər” mövzusunda Azərbaycan Mikromaliyyə Konfransında bildirib.

“BOKT-lərin aktivləri ilin əvvəlinə nisbətən 30 % artaraq bu il oktyabrın 1-nə 980 milyon manata çatıb. Biz ilin sonunda bu rəqəmin 1 milyard manatı keçəcəyini gözləyirik. Eyni dövrdə bank sektorunun aktivləri 3,4 %, sığorta sektorunun aktivləri isə 8 % artıb. BOKT-lərin sürətlə böyüməsi bir tərəfdən bu sahənin potensial inkişafını, digər tərəfdən isə bu sahədə risklərin idarə edilməsi mövzusunun aktuallığını ortaya qoyur”, – deyə o qeyd edib.

“Mikromaliyyə təşkilatlarının maliyyə sektorunda payı az olduğu üçün bu təşkilatları maliyyə sabitliyi baxımından risk amili kimi qiymətləndirmirik. Amma onların özünə məxsus fəaliyyəti müxtəlif çoxşaxəli risklərə məruz qalmasını şərtləndirir. Bu risklər içində ən böyüyü maliyyə-kredit riskidir”, – deyə AMB rəsmisi əlavə edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)