Əcnəbi şəxs SOCAR-ın törəmə şirkətinə rəhbər gətirilib
Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR-ın təsisçisi olduğu “Socar Projects İnternational” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri dəyişib.
Şirkət yarandığı gündən ona rəhbər təyin edilmiş Hacıyev Fərid Məzahir oğlu vəzifəsindən azad edilib.
Onu bu vəzifədə İtaliya vətəndaşı Alessandro Benedetti əvəzləyib.
F.Hacıyev 2019-cu ildə Azərbaycan Prezidenti tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Xatırladaq ki, “Socar Projects International” 2023-cü ilin oktyabrında təsis edilib. Onun 1000 manat nizamnamə kapitalı var.