TURİZM

Ən böyük artım İrana gedən azərbaycanlıların sayında qeydə alınıb

Bu ilin yanvar-may aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 27,5 % artaraq 808,1 min nəfər olub.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir. 

Məlumata görə, İrana gedən Azərbaycan vətəndaşlarının sayı 39,4 %, Türkiyəyə gedənlərin sayı 27,1 %, Gürcüstana gedənlərin sayı 21,3 %, Rusiyaya gedənlərin sayı 14,9 % artıb. Azərbaycan vətəndaşlarının 38,9 %-i Türkiyəyə, 21,9 %-i Rusiyaya, 8,9 %-i Gürcüstana, 8,6 %-i İrana, 21,7 %-i digər ölkələrə səfər edib. Gedənlərin 67,3 %-ni kişilər, 32,7 %-ni qadınlar təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)