Sosial iqtisadiyyat

Minimum əməkhaqqı və pensiyalar nə qədər artırılacaq? – AÇIQLAMA

Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyi təkliflər hazırlayıb və noyabr ayında büdcə müzakirələri zamanı Milli Məclisə təqdim olunacaq. Belə ki, minimum əməkhaqqının və təqaüdlərin artırılması gözlənilir”.

Bunu açıqlamasında REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, bu artımın 8-10 faiz civarında olacağını düşünür:

“Hər il maaş və təqaüdlər 8-10 % civarında artırılır. Məncə, bu konsepsiyaya uyğun hərəkət olunacaq. Davamlı şəkildə bundan sonrakı illərdə də bu addımlarla gedilməsi nəzərdə tutulur. Hazırda minimum əməkhaqqı 345 manatdır, artımla təqribən 380-390 manat civarında ola bilər”, – deyə partiya sədri vurğulayıb. (Unikal)

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)