BİZNES

Qlobal iflaslarda kəskin artım

Qlobal iflasların 11 faiz həcmində kəskin artacağı proqnozlaşdırılır. Allianz Trade-nin dünyanın hər yerindən ekspert iqtisadçıların hazırladığı Qlobal İflas Hesabatı 2024-cü il məlumatları və araşdırmalarına görə, bir çox ölkədə 2024-cü ildə iflasların ikirəqəmli sürətlə artacaq.

Fevral ayında dərc olunan 2024-cü il üçün ilk qlobal iflas hesabatında qlobal iflasların 2024-cü ildə 9 faiz artacağını və daha sonra 2025-ci ildə sabitləşəcəyini proqnozlaşdırmışdı. Bununla belə, qlobal iflas proqnozunu daha da bədbin edən son hadisələr fonunda, qlobal iflasların 2024-cü ildə əvvəlki təxminlərə nisbətən 2 ballıq artımla yüzdə 11-ə ça olacağı və faiz artımı üzrə pik səviyyəyə çatması gözlənilir. Kommersiya iflaslarının 2026-cı ilə qədər davamlı olaraq artacağı və 2026-cı ildə iflasların səviyyəsi sabitləşsə belə, yüksək qalacağı bildirilir.

İflasların 2025-ci ildə ABŞ-da 12 faiz, Almaniyada 4 faiz artacağı, 2026-cı ildə isə hər iki ölkədə 4 faiz azalacağı gözlənilir. Fransa və Böyük Britaniyada çox yüksək olan müflisləşmə səviyyəsinin 2026-cı ilə qədər daha mülayim rəqəmlərə düşəcəyi proqnozlaşdırılır. 2025-ci ildə hər iki ölkədə iflasların 6 faiz, Fransada 3 faiz, 2026-cı ildə Böyük Britaniyada 4 faiz azalacağı proqnozlaşdırılır. İtaliyada iflaslar artmaqda davam edəcək və 2025-ci ildə 4 faizə, 2026-cı ildə isə 3 faizə çatacağı gözlənilir. Çində kommersiya iflasları aşağı səviyyədən qalxmağa başlayacaq və Allianz Trade proqnozlarına görə, 2025 və 2026-cı illərdə müvafiq olaraq 5 faiz və 6 faiz artacaq.

İkirəqəmli müflisləşmə ilə üzləşən ölkələr qlobal ÜDM-in yarıdan çoxunu təşkil edir. Allianz Trade-nin 2024-cü il iflas indeksinin 2016-2019-cu illər üzrə qlobal orta göstəricidən 13 faiz yuxarı, lakin Qlobal Maliyyə Böhranı səviyyəsindən 11 faiz aşağı olacağına dair proqnozu da hesabatdakı məlumatlar arasında diqqəti çəkir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)