Bombalarla bağlı söhbətə görə turistlər Misirə tətildən məhrum oldular
Turistlərin Misirə uçmaması üçün sadəcə bir cümlə kifayət edib. Belə ki, dünən səhər iki turist Aeroflotun SU 422 reysi ilə Moskvadan Hurqadaya getməyi planlaşdırıb.
Boeing 777-nin salonunda əl yüklərini rəflərə yerləşdirə bilməyiblər və yüksək səslə oturacaqların bombalarla dolu olduğunu deyiblər. "Aviatorschina" teleqram kanalının məlumatına görə, əslində bu zarafat olsa da ekipaj üzvləri eşitdiblər.
Uçuş bələdçiləri mövcud təhlükəsizlik qaydalarını rəhbər tutaraq, təyyarəyə nəqliyyat polisini və aviasiya təhlükəsizliyi xidmətini çağırıblar. Sərnişinlərin əşyalarına yenidən baxış keçirilsə də, qadağan olunmuş heç nə aşkarlanmayıb. Buna baxmayaraq, hər iki turist uçuşdan uzaqlaşdırılıb.
Təyyarə Hurqadaya yarım saat gecikmə ilə havaya qalxıb və turistlərlə bağlı inzibati protokollar tərtib edilib.