Yanvarda bahalaşma olub - STATİSTİKA
2019-cu ilin yanvar ayında əhalinin gəlirləri 3 milyard 800 milyon manata çatıb. 2018-ci ilin eyni dövrü ilə müqayisədə, bu, 6,1 faiz artım deməkdir.
"BI" xəbər verir ki, bu barədə dövlət Statistika Komitəsi məlumat yayıb.
- Eləcə də bax: Azərbaycanda araq istehsalı beş dəfə artıb
2018-ci ilin ilkin məlumatlarına əsasən, muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2017-ci ilə nisbətən 3 faiz artaraq, 544,1 manat təşkil olub.
2019-cu ilin yanvar ayında 2018-ci ilin yanvar ayı ilə müqayisədə, istehlak məhsullarının və xidmətlərin qiymətləri 1,7 faiz, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,7 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 3,4 faiz artıb.