Qazaxıstan Bakı ilə İrəvan arasında danışıqlar üçün platforma təqdim etməyə hazırdır

Qazaxıstan Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı danışıqların aparılması üçün Almatı platformasını təqdim etməyə hazırdır.
Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistan prezidenti Vaaqn Xaçaturyanla danışıqlar zamanı deyib.
Bundan başqa, tərəflər ticari-iqtisadi, nəqliyyat və logistika, kənd təsərrüfatı, maliyyə, mədəni-humanitar, o cümlədən rəqəmsallaşma sahələrində əməkdaşlığın gücləndirilməsi perspektivlərini müzakirə ediblər.
Həmçinin regional və beynəlxalq gündəlikdəki aktual məsələlər də nəzərdən keçirilib.