Sosial iqtisadiyyat

Milton qasırğası 100 milyard dollara başa gələ bilər

ABŞ-da "keçən əsrin ən güclü qasırğası" olacağı barədə günlərdir xəbərdarlıq edilən Milton qasırğası Florida ştatının qərb sahillərinə çatıb.

Helene qasırğasından sonra bölgəni vuran Milton qasırğasının zərərinin 100 milyard dollara çatacağı gözlənilir.

4-cü kateqoriya olması gözlənilən fırtına, Meksika körfəzi üzərində şaquli küləyin toqquşması səbəbindən 3-cü kateqoriyaya çevrilib. 

ABŞ Milli Qasırğa Mərkəzinin hesabatına görə, iki həftə əvvəl baş verən Helene qasırğasının ziyanı 112 milyard dollar olub.

Enki Research-dən Chuck Watson, Miltondan dəyən zərər və itkilərin 60-75 milyard dollara çatacağını təxmin edir. Bəzi analitiklər Milton qasırğasının qlobal sığorta sənayesi üçün 100 milyard dollara qədər itkiyə səbəb ola biləcəyini bildiriblər.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)