Azərbaycanda 8 bank əməliyyat zərərinə uğrayıb
2018-ci ildə Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 8-i əməliyyat mənfəəti əldə etməyib.
"BI" xəbər verir ki, bunlar Pakistan Milli Bankının Bakı filialı, "Azər-Türk Bank", "AGBank", "Atabank", "Amrah Bank", "Bank of Baku" "Bank VTB Azərbaycan" və "Access Bank"dır. Əməliyyat zərərinin ən yüksək həddi "Access Bank"da (32,994 milyon manat), ən aşağı həddi isə Pakistan Milli Bankının Bakı filialında (114 min manat) qeydə alınıb.
Qalan 22 bank isə ötən ildən əməliyyat mənfəəti ilə çıxıb. Bu baxımdan ən yüksək göstərici "Azərbaycan Beynəlxalq Bankı"ında (295,547 milyon manat), ən aşağı göstərici isə "Turan Bank"da (732 min manat) olub.