Sığorta

“Bakı Sığorta” İSB-nin reyestrindən çıxarıldı

“Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyətinin (“Bakı Sığorta” ASC) İcbari Sığorta Bürosu Hüquqi Şəxslərin İttifaqında (Büro) iştirakına xitam verilmiş və şirkət Büronun iştirakçı sığortaçılarının reyestrindən çıxarılıb.

İcbari Sığorta Bürosunun yaydığı məlumata görə, Qanunvericiliyin tələbləri nəzərə alınmaqla Büronun informasiya sistemində sığortaçının “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”(AVSMMİS), “Daşınmaz əmlakın icbari sığortası” (DƏİS) və “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası”(DƏMMİS) növləri üzrə yeni sığorta müqavilələri bağlaması imkanı dayandırılıb.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 105.1.1-ci maddəsinə əsasən könüllü müraciət əsasında “Bakı Sığorta” ASC-nin AVSMMİS, DƏİS və DƏMMİS növlərinə verilmiş icazələrin ləğv edilməsi yolu ilə “Bakı Sığorta” ASC-nin sığorta fəaliyyətinə verilmiş lisenziyasının qüvvəsi məhdudlaşdırılıb.

Qanunun 105.4-cü maddəsinə əsasən sığortaçı lisenziyasının qüvvəsinin məhdudlaşdırıldığı sığorta növləri üzrə əvvəllər bağlamış olduğu sığorta müqavilələrində üzərinə götürdüyü öhdəlikləri həmin müqavilələrin müddəti başa çatanadək yerinə yetirməlidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)