Bank VTB-nin əsas kapital üzrə adekvatlılığı minimuma yaxınlaşıb
Azərbaycanda törəməsi fəaliyyət göstərən VTB-ın maliyyə vaziyyəti pisləşib. Rusiya mətbuatının yazdığına görə, VTB-nin əsas kapital adekvatlığı əmsalı 2024-cü ilin avqust ayının sonunda minimuma enib, digər banklarla müqayisədə ən aşağı göstəriici olub.
Səbəb kimi ona birləşən "Otkritie" bankından aktivlərin köçürülməsi göstərilir. Göstəricinin azalması VTB-nin kredit vermək imkanlarına mənfi təsir göstərir.
VTB-nin əsas kapital adekvatlığı əmsalı sentyabrın əvvəlinə 5,31%-ə düşüb, bu bütün banklar arasında ən aşağı göstəricidir.
Göstərici ardıcıl olaraq altı aydır ki, azalır və bu müddət ərzində azalma 1,3 faiz bəndi təşkil edir. Bank yol verilən həddi aşdıqda (5,125%), subordinasiyalı kreditlərin silinməsi ilə nəticələnə bilər. Daha əvvəl açıqlanan hesabatlara görə, bank bu standartın hesablanmağa başladığı 2014-cü ildən bəri belə aşağı göstərici görməyib.
Bank VTB-nin Azərbaycandakı törəməsinin maliyyə vəziyyəti isə daha yaxşıdır. Bankın məcmu kapitalı 88 milyon manat, əsas kapitalın (birinci dərəcəli kapitalın) adekvatlıq əmsalı isə 31 faiz təşkil edir.