Bank

PAŞA Bankın likvidliyi örtmə əmsalı 200 faizin üzərindədir

Ötən ilin sonunda Azərbaycan Mərkəzi Bankı likvidliyin idarə edilməsi ilə bağlı yeni prudensial tələb qoydu - likvidliyin örtülmə əmsalı. ENA.az xəbər verir ki, PAŞA Bankda bu əmsal 200 faizin üzərindədir, halbuki minimal tələb 100 faizdir.

Bankın baş maliyyə inzibatçısı Murad Süleymanovun sözlərinə görə, valyutalar üzrə baxsaq bu 150-180 faiz arasında dəyişir. Ani likvidlik əmsalı üzrə bankın göstəricisi minimum 3o faizə qarşı 55-65 faiz arasındadır.

Likvidliyin idarə olunmasında isə bank daha çox konservativ alətlərdən istifadə edir. Manatda əsasən Mərkəzin Bankın qısamüddətli notları, dövlət istiqrazları və gündəlik maliyyə alətləri, xarici sabit gəlirli ancaq riski çox az olan qiymətli kağızlara yatırım edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)