Bank

Mərkəzi Bank üç FinTex-ə rəsmən lisenziya təqdim edib

Azərbaycanda ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair Mərkəzi Banka müraciət etmiş təşkilatların müvafiq qanunvericilik tələbləri üzrə qiymətləndirilməsi həyata keçirilir və bu istiqamətdə aparılan işlər çərçivəsində Mərkəzi Bankın İdarə Heyətinin 16 may 2024-cü il tarixli Qərarı ilə “A-Solutions Elektron Pul Təşkilatı” MMC və “UNİTED PAYMENT” MMC-yə elektron pul təşkilatı, “Token Azərbaycan” MMC-yə isə ödəniş təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziyalar təqdim olunub.

“United Payment” brendi ilə bazarda çıxış edən “UNİTED PAYMENT” MMC-yə təqdim edilən aşağıdakı sahələr üzrə lisenziya təqdim edilib:

-ödəniş hesabı üzrə pul vəsaitinin nağd formada mədaxili və (və ya) məxarici əməliyyatlarının aparılması;

– kredit köçürməsi, birbaşa debetləşmə, ödəniş kartı və ya digər ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrası

– ödəniş əməliyyatının ekvayrinqi

– elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası.

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ödəniş xidməti istifadəçilərinə ödəniş xidmətlərini təqdim edən şəxslər Mərkəzi Bank tərəfindən verilmiş lisenziya əsasında fəaliyyət göstərməlidir.

Qeyd edək ki, ödəniş xidmətlərinin həyata keçirilməsi üzrə veriləcək lisenziyalarla bağlı məlumatlar Mərkəzi Bankın internet səhifəsi vasitəsilə açıqlanacaqdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)