Netanyahudan İrana xəbərdarlıq: "Əgər bizə hücum etsəniz, biz də sizə hücum edəcəyik"
![](https://ena.az/uploads/news/2024-09/_ena_8e0efa7469a4bf1461ef49e54_o.jpg)
İsrail İran tərəfindən hücuma məruz qalacağı təqdirdə bu ölkəyə hücum edəcək.
Məlumata görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasının 79-cu sessiyasında ümumi siyasi müzakirələr zamanı deyib.
"Əgər bizə hücum etsəniz, biz də sizə hücum edəcəyik", - Netanyahu İran rəhbərliyinə müraciətində bildirib.
“Bütün Yaxın Şərqdə olduğu kimi, İranda da elə bir yer yoxdur ki, İsrailin ora əli çatmasın”, - o əlavə edib.