Azərbaycan bazarı Qətər üçün mühümdür
Azərbaycan bazarı Qətər üçün mühümdür.
Bu barədə Qətər Daşınma və Logistika Assosiasiyasının prezidenti Əli Əl-Məsnəd Azərbaycan-Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrin forumunda çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan iqtisadiyyatı diversifikasiya olunur və çox genişdir.
“Azərbaycanın KƏŞ ölkələri ilə ticarət mübadiləsinin həcmi getdikcə artır. Biz bunun konkret faktlarını görürük. Azərbaycanın və KƏŞ-ə üzv ölkələrin coğrafi mövqeyi imkan verir ki, əməkdaşlığı inkişaf etdirək. Biz birgə fəaliyyət göstərərək mühüm sektorları, o cümlədən energetika, nəqliyyat, logistika sahələrini inkişaf etdirməliyik. Azərbaycan bazarı Qətərə görə mühümdür. Qətərin coğrafi mövqeyi stratejidir”, – deyə Əli Əl-Məsnəd vurğulayıb.