Dünya Bankı: "Azərbaycanda kənd təsərrüfatında məhsuldarlıq 20 % artacaq"
Azərbaycanda kənd təsərrüfatında məhsuldarlıq 20 % artacaq.
Bunu Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Stefanie Stallmeister Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) təşkilatçılığı ilə keçirilən "Yaşıl maliyyə" konfransında bildirib.
“Biz həm optimist, həm də pessimist ssenarilərlə kənd təsərrüfatı sektorunda 10 %-dən 20 %-ə qədər məhsuldarlıq şokunun olacağını düşünürük. Əhalisinin 36 %-nin kənd təsərrüfatından asılı olduğu bir ölkə üçün bu, çox vacibdir”, - deyə bildirib.
O qeyd edib ki. buna baxmayaraq, iqlim dəyişmələri Azərbaycanda kənd təsərrüfatı sektoruna xüsusilə ciddi təsir göstərəcək: “Azərbaycanda kənd təsərrüfatının 80 %-i quraq və ya yarımsəhra rayonlarda həyata keçirilir və suvarma üçün istifadə olunan su ölkənin suya tələbatının 70 %-ni təşkil edir. Ona görə də Azərbaycanın kənd təsərrüfatı sektoru üçün yüksək risk var".