Sağlamlıq

Türkiyənin bir şəhəri təkcə sağlıq turizmindən 6.5 milyard dollar gəlir götürür

Türkiyədə dahi Atatürk şəhəri olan Samsunda İkizTəpə Sağlamlıq Zirvəsi başlayıb. 

İkiztəpədə aparılan arxeoloji qazıntılar zamanı min illər əvvəl baş beyində əməliyyat aparıldığı və həmin əməliyyatdan sonra uzun müddət yaşadığı müəyyən olunub. Qaradəniz sahilində yerləşən Samsun Türkiyədə tibb şəhəri kimi səciyyələnməyə başlayıb. Samsunda böyük hospital, klinika mərkəzləri, məşhur avadanlıq və əczaçılıq sənayesi müəssisələri mövcuddur və onların sayı artmaqda davam edir.
Hazırda İkiztəpə Sağlamlıq Zirvəsi bu inkişafın dünyaya göstərilməsi və tibb sənayesinin peşəkarlarını birləşdirən qlobal şəbəkə xarakteri daşıyır. ASKON Samsun şöbəsinin rəhbəri Ahmet Alp Doğru bildirib ki, 23 ölkədən 200-dən çox iştirakçı var.

Dünyanın qocaldığını və tibbi xərclərin artdığı dünyada Türkiyə müəəyən xəstəliklərin müalicəsində, xüsusən də cərrahiyyədə dünyanın ilk beşliyində gəlir. 
Samsun kənd təsərrüfatı sahəsində lider olsa da, tibbi sənayedə önə keçməyə çalışır. Sağlıq sektorunun illik gəliri isə təkcə Samsunda 6,5 milyard dollar təşkil edir. 
Sağlamlıq zirvəsində ölkəmizi Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin üzvü, Turizm Komissiyasının sədri Ruslan Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. 

R.Quliyev bildirib ki, artıq Azərbaycan ikinci ildir ki bu zirvədə iştirak edir və bu dəfə daha böyük nümayəndə heyətilə qatılıb. Həmçinin ölkəmiz iki stendə sərgidə iştirak edir. 
Azərbaycan vətəndaşlarının Samsunun tibbi potensialından istifadə etməsinə mane olan əsas səbəb isə logistika imkanlarınən məhdudluğudur. Samsuna Azərbaycandan birbaşa reysin olmaması insanların işini çətinləşdirir.

"Bugün masada olan başlıca müzakirə birbaşa logistikanın qurulmasıdır", - deyə R.Quliyev bildirib.  

Qeyd edək ki, dünyada tək sağlamlıq turizmi 10 trilyon dollardır. Ümumilikdə sektorum payı isə daha böyükdür və payı artmaqda davam edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)