Hadisə

“Facebook”, “Instagram”da Rusiyanın dövlət media qurumlarına qadağa qoyuldu

“Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi Meta RT, “Rossiya Seqodnya” və digər Rusiya dövlət mediasını sosial media şəbəkələrindən çıxardığını açıqlayıb.

Meta məsələ ilə bağlı verdiyi açıqlamada sözügedən media qurumlarının aldadıcı üsullardan istifadə etdiyini və Meta platformalarında aşkarlanmaqdan yayındığını iddia edib.

Şirkətin yazılı açıqlamasında, "Diqqətli qiymətləndirmədən sonra Rusiyanın dövlət media qurumlarına qarşı mövcud sanksiyalarımızı artırmağa qərar verdik" ifadəsi ilə "Rossiya Seqodnya", RT və digər əlaqəli qurumların qlobal miqyasda tətbiqlərindən çıxarıldığını açıqlayıb. 

Rusiya isə öz növbəsində Meta-nın bəzi Rusiya dövlət mediasını platformalarından silməklə öz reputasiyasına xələl gətirdiyini bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)