BİZNES

“PASHA Bank Türkiye” Azərbaycanın fond bazarından 25 milyon dollarlıq vəsait cəlb edir

“PASHA Holding” MMC-nin Türkiyədəki törəmə bankı “PASHA Yatırım Bankası Anonim Şirketi” (PASHA Bank Türkiye) Azərabaycanın fond bazarından vəsait cəlb etməyi planlayır.

Məlumata əsasən, hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 25 000 ədəd faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazlar buraxacaq.

Beləliklə, bu paket tam olaraq birjada yerləşdirilərək alınarsa, ümumilikdə nominal dəyər 25 milyon dollarlı əhatə edəcək.

Emissiya prospekti və ya informasiya memorandumundakə sənəddə qeyd edilir ki, 18 ay üçün illik 6.19 faiz kupon ödənişləri vəd edilir.

Əsas anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)