HI-TECH

Yeni “İphone 16” modeli təqdim olundu - Qiymətləri

bu gün “Apple” şirkəti “iPhone” smartfonunun yeni nəslini təqdim edib. Təqdimatda “iPhone 16″ların qiymətləri də açıqlanıb.

Məlumata görə, 6,1 və 6,7 düym diaqonallı “iPhone 16” və “16 Plus” yeni nəsil smartfon modellərinin korpusu alüminiumdan hazırlanıb. Modellər yenə “iPhone 11″də olduğu kimi şaquli kameraya sahib olublar. Vizual olaraq bu kamera aranjimanı 2017-ci ildə təqdim edilən “iPhone X”i xatırladır.

Smartfonlarda kameranı idarə etmək üçün yeni “Capture” düyməsi var.

“iPhone 16” əlyazma mətn əsasında emoji yarada bilən “Apple Intelligence” süni intellektinə sahibdir.

Bu cihazların qiyməti aşağıdakı kimidir:

“iPhone 16 128 GB” – 799$

“iPhone 16 Plus 128 GB” – 899$

“iPhone 16 Pro 128 GB” – 999$

“iPhone 16 Pro Max 256 GB” – 1199$

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)