Gündəm

Macarıstan Azərbaycana görə Ermənistana ediləcək yardımı blokladı

Macarıstan Avropa İttifaqı Sülh Fondundan Ermənistana yardım göstərilməsi layihəsini bloklayıb.

Bu barədə "Azadlıq" radiosonun Ermənistan bürosu diplomatik mənbələrə istinadən məlumat yayıb.

Macarıstan müzakirə masasında olan proqrama Azərbaycanın da daxil edilməsini tələb edib.

Qeyd edək ki, aprel ayında Avropa İttifaqının Sülh Fondundan Ermənistana 10 milyon avroluq yardımın ayrılması ilə bağlı ilkin razılıq əldə olunub. Vəsait Ermənistan ordusu üçün modul tipli səhra düşərgəsinin yaradılmasına sərf olunmalı idi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)