Gündəm

Ərdoğan ABŞ-yə rəsmi səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 9-da ABŞ-yə rəsmi səfər edəcək.

ENA.az “Akşam”a istinadən xəbər verir ki, səfər ABŞ Prezidenti Cozef Baydenin dəvəti ilə baş tutacaq.

İki ölkə liderləri Ağ Evdə görüşəcəklər.

R.T.Ərdoğan və C.Bayden Birləşmiş Ştatlardan Türkiyəyə F-16 qırıcı təyyarələrinin tədarükü və terrorla mübarizə məsələlərini müzakirə edəcəklər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)