Bank

ABB-nin səhmlərinə abunə yazılışı ilə bağlı son vəziyyət necədir?

ABB-nin səhmlərinə abunə yazılışı ilə bağlı son vəziyyət açıqlanıb. ENA.az xəbər verir ki, ABB-İnvest" şirkətinin Pərakəndə müştərilərlə iş departamentinin direktoru Elçin Məmmədovun sözlərinə görə, indiyə qədər bu prosesdə 20 min investor iştirak edib. Onlardan ümumilikdə 25 minə yaxın səhm sifarişi daxil olub.

İnvestorların 99 faizi fiziki şəxslərdir.

Qeyd edək ki, səhmlərə abunə yazılışı sentyabrın 10-da yekunlaşır. Hazırda dövriyyədə ABB-nin 4,5 mlrd. ədəddən artıq səhmi var. Bu səhmlərin 96,37%-i dövlətimizə, qalan hissəsi isə özəl investorlara məxsusdur. ABB səhmlərinin kütləvi təklifi çərçivəsində dövriyyəyə daha 322 000 000 ədəd səhmin buraxılması və investorlara satılması nəzərdə tutulur. Bir səhmin nominal qiyməti 27 qəpikdir. Hər bir investor kiçik məbləğlə, yəni 100 ədəd səhmdən başlayaraq ABB-nin səhmlərini ala bilər. Bu, hər bir Azərbaycan vətəndaşının ABB-də səhm sahibi olmasına imkan verir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)